Ebru Polad yenidən Bakıda
12 iyun 2013 15:17 (UTC +04:00)

Ebru Polad yenidən Bakıda

Türkiyənin tanınmış müğənnisi, Ebru Polad yenidən Bakıya gələcək. Lent.az-ın məlumatına görə, bir neçə ay öncə paytaxtımızda gənc müğənni Afaq Aslanın ilk albomunun təqdimatına təşrif buyuran müğənni bu dəfə konsert proqramı ilə çıxış edəcək.

Məlumata görə, səhnəni Afaq Aslanla bölüşəcək Ebru Azərbaycan xalq mahnılarına da müraciət edəcək.

Hazırda İstanbulda olan Afaq Ebru ilə birgə duet hazırlayır. İki rəfiqə studiyada mahnı üzərində işləyirlər və bu ifanın ilk dinləyiciləri Bakı konsertinin qonaqları olacaq.

Konsert iyulun 6-da baş tutacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2276

Oxşar yazılar