Azərbaycanlı iş adamı Rza Zarrabın həbsindən sonra həyat yoldaşı Ebru Gündeşin səhhəti pisləşib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ötən gün özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilən müğənni axşam saatlarına qədər həkim nəzarətində olub. Daha sonra İstanbul Əməliyyat Müdirliyinin nəzarətinə alınan müğənni həyat yoldaşını görmək istədiyini söyləyib. Əməliyyatçılar isə müğənniyə həyat yoldaşını görməsinə 2 dəqiqəlik icazə veriblər.