Qadınlardan ibarət ABŞ yığmasının üzvü Aleks Morqan dünyanın ən seksual futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu bu ada azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən layiq görülüb.
“Portlend Torns” klubunun şərəfini qoruyan Aleks təkcə yaşıl meydanlarda deyil, fotokameralar qarşısında da başarılı olduğunu sübut edib. Hücumçu “Sports İllustrated”ə poza verməklə, gözəlliyini nümayiş etdirərək pərəstişkarlarının ürəyini oxşayıb.
Futbolçu kimi 2008-ci ildə U-20-lər arasında dünya çempionu olan xanım əsas yığmada 70 oyuna 44 qol vurub. 2012-ci ildə London Olimpiadasının qalibi, 2011-ci ildə mundialın gümüş mükafatçısı olan Morqan klub və yığmada qazandığı çoxsaylı titullara fərdi mükafatlar da əlavə edib.