Dünyanı nəhəng siçovullar işğal edəcək
05 fevral 2014 07:27 (UTC +04:00)

Dünyanı nəhəng siçovullar işğal edəcək

Britaniyalı alimlər xəbərdarlıq edib ki, əgər Yer üzərində iri məməlilərin sayı azalarsa, o zaman ekosistemin önəmli hissəsini siçovullar zəbt edəcək.

 

Lent.az-ın xarici «utro.ru»-ya istinadən məlumatına görə, Britaniyanın Lester Universitetinin bioloqu Yan Zalaseviç deyib: «Qısa müddətdə siçovulların çəkisi 80 kq-a çata bilər».

 

O, qeyd edib ki, bəzi adalarda siçovulların sayı çoxaldığından şəraiti dəyişmək mümkün deyil.

 

«Siçovullar Yer kürəsinin istənilən həyat şəraitinə tez uyğunlaşa bilir»-deyə, alim bildirib.

 

Onun sözlərinə görə, canlılar rəqabətlə üzləşməyəndə nəhəngləşirlər. Alim hesab edir ki, çağdaş göy balinaların əcdadı canavardan böyük olmayıb.

 

Hazırda dünyadakı ən böyük siçovulun, «Josephoartegasia monesi» əcdadı 3 milyon il öncə məhv olub. Onun Cənubi Amerikada yaşayan çağdaş qohumu kapbar bir ton ağırlığındadır.

 

Onun sözlərinə görə, planetdə temperaturun davamlı artması siçovullarla yanaşı, müasir timsah, kərtənkələ və tısbağaların da ölçülərinin artmasına səbəb ola bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1897
avatar

Oxşar yazılar