Diş həkiminə getdi, bıçaqla həkimə hücum etdi
04 oktyabr 2014 07:32 (UTC +04:00)

Diş həkiminə getdi, bıçaqla həkimə hücum etdi

Hollivud aktyoru Çarli Şin silahlı hücumun əsas qəhrəmanı olmağı bacarıb. Belə ki, Los-Ancelesdəki bir klinikada diş həkiminə bıçaqla hücum edib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, aktyor diş ətindəki kəskin ağrılara görə həkimə getsə də, müayinə zamanı özünü aqressiv aparıb. Belə ki, öncə tibb bacısını vurub, ardınca əlindəki bıçaqla həkimin dalınca düşüb.

 

49 yaşlı aktyorun cangüdəni isə deyib ki, o, həkimə gəlməmişdən əvvəl kokain qəbul etdiyi üçün narkotikin təsiri altında olub. Hazırda polis aktyorla bağlı cinayət işinin qaldırılması məsələsində üzərində düşünür. Öncə polis baş vermiş hadisənin bütün təfərrüatlarını üzə çıxarmaq istəyir. Ardınca iş şəhər məhkəməsinə veriləcək.

 

Xatırladaq ki, 2010-cu ildə də aktyor öz həyat yoldaşı Bruk Müllerə hücum etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdi.

# 1311
avatar

Oxşar yazılar