Dilarə Kazımova toyuna belə hazırlaşır
20 sentyabr 2014 17:04 (UTC +04:00)

Dilarə Kazımova toyuna belə hazırlaşır

 

Bu gün “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovanın toyudur. 



Lent.az-ın “axşam.az”a istinadən xəbərinə görə, Mərd Aslan adlı türkiyəli iş adamı ilə nikah masasına oturacaq ifaçının toyu “Yaxt klub”da baş tutacaq. Bir çox sənət adamının qatılacağı gecədə media nümayəndələrinin iştirakına icazə verilməyəcək. 



Sənətçi gözəllik salonunda toyuna son hazırlıqları zamanı fotokameramızın obyektivinə tuş gəlib. Dilarənin saç və makiyajını stilist Fuad Hacıyev edib. 



Qeyd edək ki, D.Kazımova ailə həyatı quracağı gənci uzun illərdir tanıdığını bildirib. Müğənni ərə getdikdən sonra da sənətinə davam edəcək.
 

# 2864
avatar

Oxşar yazılar