“Eurovision-2014” təmsilçimiz Dilarə Kazımovadan xəbər var. Lent.az-ın məlumatına görə, Dilarə ötən gün Macarıstanın təmsilçisi Andraş Kallay-Soderslə birgə Danimarkada “Dyreværnets” heyvan sığınacağına ziyarətə gedib. Onlar ilk olaraq sığınacaqda heyvanlara-itlərə, pişiklərə və dovşanlara necə qulluq və müalicə olunduğunu görüblər.
Təmsilçilər daha sonra Nana və cek-rassel-terera cinsindən olan “Kvik” ləqəbli itləri gəzintiyə aparıblar. Dilarə və Andraş heyvanları o qədər seviblər ki, itlərin boynuna “Azərbaycandan sevgiylə” və”Macarıstandan sevgiylə” yazılı “brelok” asıblar.
“Danimarkadakı heyvan sığınacağı mənim çox xoşuma gəldi. Kim bilir, bəlkə də bir gün gələcək mən də Bakıda öz şəxsi sığınacağımı açacam? Gördüklərim mənə çox toxundu. İtlərin hamısını özümlə aparmaq istərdim. Onlar çox mehriban və qəşəng itdirlər!”.
Qeyd edək ki, Dilarə “Dyreværnets” sığınacağının inkişafı üçün maddi yardım edib.