Yəhudi əsilli top-model Bar Rafaeli biznesmen Adi Ezra ilə evlənəcəyini barədə şaiyələri təsdiqləyib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model İnstaqram hesabında üzərində “Love” yazısı asılmış romantik bir şəkil paylaşıb. Çox keçməmiş sevgilisi Ezranın mətbuat katibi cütlüyün bir müddət əvvəl nişanlandığını bəyan edib.
Mətbuatda 40 yaşlı biznesmenin Rafaeliyə Karib adalarında tətildə olarkən evlilik təklif etdiyi barədə şaiyələr dolaşırdı.
Qeyd edək ki, Rafaeli əvvəl məşhur aktyor Leonardo DiKaprio ilə sevgili olub, ondan ayrıldıqdan sonra biznesmen Adi Ezra ilə tanış olub. Ezra hazırda “Neto” brendinin investoru və direktorudur.