Den Braunun “Cəhənnəm”ini filmə çevirirlər
31 avqust 2014 07:41 (UTC +04:00)

Den Braunun “Cəhənnəm”ini filmə çevirirlər

Lent.az-ın “axar.az”-a istinadən xəbərinə görə, romanın film versiyasının prodüserliyini boynuna götürən Sony Pictures və İmagine Entertainment şirkətləri filmdə çəkiləcək aktyorların adlarını açıqlayıb.

 

“Da Vinçi şifrəsi” ilə başlayan “Mələklər və şeytanlar” ilə davam edən silsilə macəra “Cəhənnəm”lə qaldığı yerdən davam edəcək.

 

Əvvəlki filmlərdə olduğu kimi, professor Robert Lenqdon xarakterini yenə Tom Henks canlandıracaq. Filmin rejissorluğunu Ron Hovard, prodüserliyini Brayn Qrezer boynuna götürüb. Çəkilişlərinə gələn ilin aprel ayında Florensiyada başlanacaq filmin İstanbulda olan səhnələrinin nə vaxt çəkiləcəyi isə hələlik gizli saxlanılır.

# 675
avatar

Oxşar yazılar