Sabah “Bu şəhər”dənin sevilən aktyoru Coşqun Rəhimovun qızının nişan mərasimi keçiriləcək.
Bununla bağlı “Qafqazinfo”ya daxil olan xəbəri prodüser Müşfiq Abbasov da təsdiqləyib. O, mərasimin ailə içərisində keçiriləcəyini bildirib:
“İnşallah, sabah Coşqunun qızı nişanlanır. Nişan mərasimi ailələr arasında keçiriləcək və mediadan uzaq olacaq. Coşqun qızını uşaqlığı birlikdə keçmiş dostunun oğluna verir. Toyun vaxtı isə məlum deyil, bu əsas oğlan evindən asılıdır, ailələr danışıb dəqiq vaxt təyin edəcəklər. Allah bütün subaylara xeyir iş qismət etsin”.