Corc Kluni dinləmələr barədə film çəkəcək
06 sentyabr 2014 01:23 (UTC +04:00)

Corc Kluni dinləmələr barədə film çəkəcək

Hollivudun məşhur aktyoru Corc Kluni bir neçə il öncə Britaniyada qanunsuz dinləmələr təşkil edən “News of the World” qəzeti ətrafında yaranmış qalmaqalla bağlı film çəkəcək.

 

Lent.az-ın "anspress.com"-a istinadən məlumatına görə, bu haqda Kluni mətbuata açıqlama verib.

 

Media maqnat Rupert Merdokun Pol MakKartni, Cud Lou, Hyu Qrant, keçmiş baş nazir Toni Bler və Böyük Britaniya şahzadəsi Uilyam kimi tanınmışların mobil və şəhər telefonlarını dinlətməsi nəticəsində qəzetin fəaliyyətinə son verilib.

 

Kluninin "Hack Attack" adlı kitab əsasında çəkəcəyi filmin ssenarisini The Guardian-ın jurnalisti Nik Devis yazıb. Çəkilişlər 2015-ci ilin əvvəlinə planlaşdırılıb.

# 871
avatar

Oxşar yazılar