Çində qadınları fahişəliyə məcbur edən məmur edam olunub
22 yanvar 2014 06:09 (UTC +04:00)

Çində qadınları fahişəliyə məcbur edən məmur edam olunub

Çin Xarlq Respublikasında 6 qadını cinsi istismar edən kişi edam edilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar aylarla zirzəmidə saxlanılıb.

 

Bu cinayəti törədən dövlət məmuru Li Xaodur. O, öz evinə qadınları dəvət etdikdən sonra onları iki aydan 21 ayadək xorla saxlayırmış.

 

Li Xao onları dəfələrlə zorlayıb və fahişəlik etməyə məcbur edirmiş.

 

Cinsi istismara məruz qalmış qadınlardan biri qaçandan sonra polis bu cinayətdən xəbər tutub.

 

Mənbə bildirib ki, polis həmin zirzəmidə basdırılmış iki qadın meyiti də aşkarlayıb. Araşdırma nəticəsində məlum olub ki, həmin qadınları cinsi istismara məcbur etdikdən sonra Li Xao öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220
avatar

Oxşar yazılar