Müğənni Cavanşir Məmmədov gənc ifaçı Afaq Aslanla eşq macərası yaşayacaq. Hətta Afaq onun ikinci həyat yoldaşı olacaq. Cavanşir Məmmədov həm də çox təhlükəli mafiyanın başçısı obrazını canlandıracaq. Bütün bunlar yeni çəkilən serialda baş verəcək. Afaqın Lent.az-a verdiyi məlumata görə, o, “Yaxın uzaqlıq” adlı serialın baş qəhrəmanlarından birini canlandıracaq.
Serialın quruluşçu rejissoru və ssenari müəllifi Anar Məmmədəliyev rejissoru isə Aqşın Onullahdır.
“Yaxın uzaqlıq”da həmçinin Əli Mirəliyev, Allahverdi Yolçuyev, Namiq Məna və Rəşad Kəsəmənli də rol alıblar.
Qeyd edək ki, serial martda yayımlanacaq.