Əməkdar artist Cavanşir Məmmədov yenidən qəzəblənib. Lent. az-a açıqlama verən müğənni bəzi həmkarlarını yalançılıqda ittiham edib: “Bəzi həmkarlarım öz açıqlamalarında yalandan deyirlər ki, istirahət mövsümündə İstanbulda, Ankarada, Quş adasında dincəliblər, bu, yalandır. Tamaşaçı da efirdən baxır, deyir ki, ay aman müğənnilər kef eləyir, hamı mikrofon götürüb səhnəyə qaçır, müğənni olmağa. Müğənnilərin əksəriyyəti toylarda fonoqram oxuyur, sonra da deyirlər ki, gedim dincəlim. Fonoqram oxuyan müğənni niyə yorulsun ki? Adama deyərlər ki, müğənnisən, dədə-babadan bilirik ki, məzuniyyət dövlət işçisinə verilir, özü də ildə 1 dəfə. Müğənniyə nə məzuniyyət? Bəzi dırnaqarası müğənniləri mətbuat işçiləri qudurdub. Olmaz axı onları şişirtmək”.