“Azərbaycan şou-biznesində fəaliyyət göstərən gənc müğənnilər səviyyəsidir. Onların mədəniyyəti yoxdur”.
Bunu Lent.az-a açıqlamasında əməkdar artist Cavan Zeynallı gənc müğənniləri xarakterizə edərkən deyib. Əməkdar artist onları hörmətsizlikdə ittiham edib: “Gənc müğənnilərə heç bir tövsiyə verə bilmərəm. Çünki onlara söz və ya məsləhət deyəndə sanki havaya deyirsən. Ona görə də onlara məsləhət vermək niyyətim yoxdur. Bircə onu deyə bilərəm ki, gənc müğənnilər mədəniyyətsiz və səviyyəsizdir”.