Cahangir Əsgərovun qızı və kürəkəni
03 oktyabr 2014 17:01 (UTC +04:00)

Cahangir Əsgərovun qızı və kürəkəni

“AZAL”ın prezidenti Cahangir Əsgərovun qızı və kürəkəni dünən paytaxt restoranlarından birinin açılışında iştirak edib. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, paytaxt elitasının qatıldığı möhtəşəm açılış mərasiminə Cahangir Əsgərovun qızı ispan əsilli həyat yoldaşı ilə birgə qatılıb. 

 

Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun Cəmilə və Mila adlı iki qızı var. Onların hər ikisi Londonda yaşayır və "Gazelli" kosmetika şirkətinin Londonda yerləşən baş ofisində çalışırlar. Şirkətin Azərbaycan üzrə işlərini isə Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva reallaşdırır.

 

Cəmilə Əsgərova Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir. O, 2008-ci ildən etibarən burada çalışır. Cütlüyün Amadeo adlı oğlu var.

# 7726
avatar

Oxşar yazılar