“Mən Nərimanov Məhkəməsinin çıxardığı qərarla razı deyiləm. Mütləq apellyasiya şikayəti verəcəyəm”.
Lent.az-ın “aznews.az”-a istinadən xəbərinə görə, bunu müğənni və bəstəkar Cabbar Musayev deyib. Onun sözlərinə görə, məhkəmənin qərarı gözlənilməz olub: “Mən belə bir qərarı ağlıma da gətirməzdim. Haqsızlıqlar. Mənim iddiam olacaq. Təranə mənim ailəmi, gəlinimi təhqir edib. Mən qardaşım deyən təhqirləri demişəm. Qardaşım deyib ki, “o əxlaqsızdı”, mən də bunu demişəm. Məhkəmə bizə Azərbaycan tarixində görünməyən cərimə yazıb. Şəxsi münaqişəyə görə bu boyda cərimə göstərilmir. Sən demə, burada ikili oyunlar gedib. Elə başa düşmüşük ki, normal söhbətlər gedib. Sən demə, bu oyunmuş”.
Qeyd edək ki, bu gün Lent.az-a ünvanlanan məktubda qeyd olunub ki, Nərimanov Rayon Məhkəməsi Təranə Qumralın Cabbar və Əlisahib Musayev qardaşlarına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə İbrahimova Təranə Xeyrulla qızının təqdim etdiyi ilkin iddia ərizəsinin qismən təmin edilməsi barədə qərar çıxarıb. Qətnaməyə əsasən, Musayev Cabbar İnqilab oğlu və Musayev Əlisahib İnqilab oğlu Təranə Qumrala vurduqları mənəvi ziyana görə hər biri 5000 manat təzminat ödəməli və onun barəsində səsləndirdikləri fikirləri təkzib etməlidirlər.

Cabbar Musayev Təranə Qumralı məhkəməyə verir
Oxşar yazılar

Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58