Xalq artisti Aygün Kazımova Türkiyənin tanınmış müğənnisi Bülənt Ersoyun konsertində iştirak edib. Lent.az-ın məlumatına görə, “Atv”-nin “10-lar” verilişi xəbər verir ki, B.Ərsoy gecədə iştirak edən A.Kazımovanı səhnəyə dəvət edərək, barəsində xoş sözlər deyib.
“Özünə çox hörmət etdiyim, Azərbaycanın dəyərli müğənnisi, divası Aygün Kazımova hazırda burada mənim konsertimdədir. Aygün zövqlə qulaq asdığım ifaçıdır. O, məni Bakıya daha gözəl qarşılamışdı. Amma bunu mən sənin üçün edə bilmədim. Aygün, gəl səhnəyə”.
B.Ərsoyun bu sözlərindən sonra səhnəyə təşrif buyuran A.Kazımova isə Ersoyu yenidən Bakıya dəvət edəcəyini deyib:
“Azərbaycan sevənləri, “diva” sevənləri salamlayıram .Onsuz da bir millət iki dövlətik. Eyni arzu, eyni niyyətik. Hər ikimiz cümhuriyyətik, Azərbaycan - Türkiyə. O ki qaldı sizi qarşılamağa, siz o cür qarşılanmağa layiqsiniz. İnşallah, yenidən sizi Azərbaycana dəvət edəcəyəm. Bu ikinci səfəriniz olacaq”.
Qeyd edək ki, B.Ərsoyun konsertində Azərbaycandan A.Kazımovadan savayı prodüser Tolik (Tarix Əliyev), aparıcı Afaq Gəncəli, müxbir Ruslan Ağayev də iştirak edib.