Bu gün müğənni Əlikram Bayramovun evində "Vağzalı" çalınacaq. Lent.az-ın məlumatına görə, bir neçə saatdan sonra paytaxt məkanlarının birində ifaçının oğlu sevdiyi xanımla nikah masasına oturacaq.
Xatırladaq ki, mediaya qapalı olan toya şou-biznesin bir çox tanınmış simaları dəvətlidir.
Qeyd edək ki, Ə. Bayramov bir müddət öncə oğlunu evləndirəcəyi xəbərini demişdi: “Evlənəndən sonra övladımın mənimlə yaşamasını istəmirəm. Ayrı ev almışam. Getsin həyat yoldaşıyla orada qalsın. Bir oğlum var deyə, onu öz yanımda saxlayan deyiləm. Onda məsuliyyəti olmayacaq. Gəlini mənim yanıma atıb, gedəcək. Mən tək yaşamışam, ailəmi saxlamışam. O da getsin xanımını saxlasın".