Britaniyanın baş naziri Devid Kemeron bir gün şəkərdən və qazlı bütün içkilərdən tam imtina etdiyini bildirib.
Lent.az-ın «euronyus»-a istinadən məlumatına görə, bununla da baş nazir ölkə ictimaiyyətinin diqqətini kökəl, piylənmə probleminə çəkmək istəyib.
«Artıq kütlə və diabet ölkəmizin səhiyyə sahəsində başlıca problemdir. Biz buna çox ciddi yanaşırıq. Bu problemlərin həlli ilə bağlı bizdən asılı olan bütün qərarları qəbul edirik» -deyə, baş nazir bildirib.
Parlamentin iclasında deputatlardan birinin kampaniyaya qatılaraq, şirniyyatdan imtina etməsi təklifinə cavabında, baş nazir deyib: «Fikrimcə, bu təşəbbüsü xanımımda dəstəkləyər. Odur ki mən razıyam. Bunun məndə alınacağına inanıram».