Brilliant Dadaşova həyat yoldaşından danışdı
26 avqust 2013 19:24 (UTC +04:00)

Brilliant Dadaşova həyat yoldaşından danışdı

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevdən danışıb.


Axşam.az-ın məlumatına görə, müğənni “ATV Maqazin” dərgisinə müsahibəsində onun bəyənmədiyi xüsusiyyətlərini etiraf edib: 

“Həyat yoldaşımın bir xüsusiyyətini heç bəyənmirəm: hər şeyi tez tullayır. Norveçdən özümə gözəl hamam xələti gətirmişdim. Bir dəfə usta evdə saçlarımı rəngləyəndə üstünə azca boya düşdü. Səhəri gördüm ki, onu tullayıb. Elə pis oldum ki... İstədim qisas alım, mən də onun sevimli əşyasını atım, amma əlim gəlmədi. İndi də Cahadın əşyalarını atmağa başlayıb. Oğlum balaca olanda həmişə deyirdi ki, məni sən yox, atam dünyaya gətirib. İndi nəsə aralarında narazıçılıq olanda deyirəm ki, səni atan dünyaya gətiribsə, məsələni də özünüz həll edin”. 

Xalq artistinin sözlərinə görə, o, hər işini sponsorun köməyi olmadan edir:

“Bu, mənim üçün çox çətindir. İmkanım olsaydı, studiya açardım. Hətta bunun üçün bir neçə banka da zəng etdim. Pulu az faizlə istədiyimdən vermədilər. Hərçənd ki, 30 min manat bank üçün böyük məbləğ deyildi”.

# 2414
avatar

Oxşar yazılar