Həştərxanda məhkəmə icraçıları borcunu verməmək üçün cinsini dəyişmiş 38 yaşlı qadını axtarır.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, məhkəmənin 7 icraat qərarına əsasən, onun 130 min rubl borcu var.
Vilayət Federal məhkəmə xidmətinin mətbuat katibi Yevgeni Zarinş deyib: «Qadını adı Natalya olub. O, cinsini dəyişdikdən sonra özünü Andrian adlandırıb. Ancaq onun cinsini dəyişdirməsi öhdəliklərini yerinə yetirməsi məsuliyyətindən qurtarmır».
Oxşar hadisə ötən ilin iyulunda Leninqrad vilayətində baş verib. Alimenti ödəmək istəməyən kişi cinsini dəyişməyə üstünlük verib.
Bir neçə ay keçəndən sonra adını Alena qoymuş həmin şəxs tutulub.