Bekhemlərin heykəli hazırlandı
20 iyun 2014 13:45 (UTC +04:00)

Bekhemlərin heykəli hazırlandı

Məşhur ingilis futbolçusu Devid Bekhem və həyat yoldaşı, dizayner Viktoriya Bekhemin yeni mum heykəli hazırlanıb. Lent.az-ın buro247.az-a istinaədn verdiyi xəbərə görə, Londondakı “Madam Tüsso” muzeyində təqdim olunan mum heykəlləri muzey rəhbərliyi cütlüyün evliliyinin 15 illiyinə hədiyyə edib.

 

Devid Bekhem “Hugo Boss” brendindən kostyumda, Viktoriya isə “Victoria by Victoria Beckham 2014” payız kolleksiyasından olan tünd çəhrayı libasda əks olunub.

Muzeyin marketinq meneceri Mettyu Klarkson yeni işdən razı qaldıqlarını və fiqurların ziyarətçilərin marağına səbəb olacağını bildirib: “İnanırıq ki, heykəllər iyulun 4-də evlilik ildönümlərini qeyd edən bu istedadlı cütlüyün ürəyincə olacaq”.
 

Qeyd edək ki, Bekhemlərin mum heykəli sonuncu dəfə 2004-cü ildə hazırlanmışdı.

 

# 1240
avatar

Oxşar yazılar