Bakıda “Eurovision 2013” həyəcanı başladı
14 mart 2013 21:07 (UTC +04:00)

Bakıda “Eurovision 2013” həyəcanı başladı

"Eurovision-2013” Mahnı Müsabiqəsinin Milli Final gecəsi başlayıb.

 

Lent.az-ın məlumatına görə, "Buta Palace"də Leyla Əliyeva və Tural Əsədovun  aparıcılığı keçirilən gecədə ilk olaraq Azərbaycanın  indiyədək “Eurovision” da çıxış edən  təmsilçilərinin şəkilləri və mahnıları nümayiş olunub.

 

Münsiflər heyətinin adları açıqlanıb -  İsmayıl Ömərov, Faiq Sücəddinov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Rəşad Haşımov, Zəhra Bədəlbəyli, Mənzər Nurəliyeva.

 

Qeyd edək ki, bir neçə dəqiqədən sonra Azərbaycanı təmsil etmək uğurunda 10 iştirakçı yarışmaya başlayacaq. Finalçılar - Vüqar Muradov,  Rəvanə Əliyeva,  Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov,  Nigar Hüseynova, Vlada Axundova, Valeriya Hüseynzadə,  Aysel Babayeva birincilik uğurunda mübarizə aparacaqlar.

 

"Eurovision 2013" Milli Seçim turuna 130 nəfərə yaxın iddiaçı müraciət edib. Onların ilkin kastinqindən sonra 80 nəfərə yaxını Milli seçim turunun mərhələlərinə buraxılıb. İştirakçılar ayrı-ayrı həftələr üzrə, müxtəlif qruplarda öz bacarıqlarını nümayiş etdiriblər.

 

Onu da əlavə edək ki, təmsilçimiz mayın 16-da Malmödə “Biz birik” şüarı ilə keçiriləcək 58-ci “Eurovision” Mahnı Müsabiqəsinin ikinci yarımfinalında ikinci nömrə altında çıxış edəcək.

 

 

Yalçın 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1287
avatar

Yalçın UĞUR

Oxşar yazılar