Dekabrın 19-da növbəti dəfə Azərbaycanda paytaxt məkanlarının birində səhnə alacaq tanınmış müğənni Azis konsertin hazırlıqlarına başlayıb. Bu barədə Lent.az-a konsertin meneceri Təranə Səmədova məlumat verib. O, bildirib ki, Azislə eyni səhnəni dj Erdi İltaş və dj Roşka bölüşəcək: “Azisin konsertinin bütün detalları müəyyən edilib. Gecədə bir çox sürprizlərin olacağını da deyə bilərəm. Fərqlilik olacaq. Artıq Azis də konsertinin hazırlıqlarına başladığını açıqlayıb”.
Onu da əlavə edək ki, Azisin konsertinə biletlərin qiyməti 20-150 AZN arasındadır.
Qeyd edək Azisin ilk Bakı konserti bu ilin iyul ayında baş tutub.