Yaradıcılıq işlərini Azərbaycanla yanaşı Türkiyədə də davam etdirən müğənni Azəri Günel Zeynalova Bakını tərk edib.
Lent.az-a açıqlama verən müğənni bildirib ki, ölkəni tərk etməsinin səbəbi, yaradıcılıq işləridir: “Bildiyiniz kimi xeyli müddət idi ki, Bakıda idim. Doğma yurduma bu dəfəki gəlişimdə xeyli yaradıcı işlərimlə yanaşı, habelə “Azərbaycan turnesi” layihəm barədə işlər gördüm. İndi isə Türkiyəyə yola düşürəm. Orada da bir neçə layihələrim də var ki, onları da həyata keçirməliyəm. Azərbaycana isə mart ayında qayıtmaq niyyətindəyəm. Həmin ərəfədə bölgələrdə konsertim olacaq”.
Onu da əlavə edək ki, A.Günel martda ölkəmizin 8 bölgəsində konsert proqramı ilə çıxış edəcək. İlk konsertin Ağdam rayonun Quzanlı kəndində verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Günelin “Azərbaycan turnesi”nin media sponsoru isə “APA-Holding” şirkətidir.