Azərbaycanlı stilist müğənniliyə başlayır
03 aprel 2014 11:26 (UTC +04:00)

Azərbaycanlı stilist müğənniliyə başlayır

Daha çox qalmaqallı açıqlamaları, qeyri-adi geyimləri ilə tanınan stilist Samiraldo ( Samir Əliyev) yeni peşəyə sahib olmaq niyyətindədir. Lent.az-a açıqlama verən S.Əliyev bildirib ki,  müğənnilik etmək iddiasındadır: “Mən stilist olmamışdan öncə, hələ internat evində olanda qarşıma məqsəd qoymuşdum ki, bu həyatda yaxşı nə etsəm, bu, özümün xeyrinə olacaq. Uşaq evindən çıxanda əlimdə heç bir şeyim yox idi. Nə anam, nə atam, nə də ki, heç bir qohumum, tanışım yox idi. Qarşıma məqsəd qoyub, özümə bir peşə seçdim, stilist oldum. Bu işimin sayəsində öz şəraitimi qurmaqla yanaşı, Azərbaycanda da tanındım. İndi isə qarşıma növbəti məqsəd qoymuşam. Müğənni olacam. Açığı, bu barədə mənə Azərbaycanın ən tanınmış bir şirkətindən təklif gəldi. Mən də təxminən bir aya yaxın düşündüm, daha sonra razılıq verdim. Onlar mənə söylədilər ki, səni məşhur müğənni Azisin obrazında görürük. Mənsə onlara söylədim ki, mən elə Samiraldoyam. Ola bilər ki, obrazlarımız oxşardır, amma ikinci Azisə gərək yoxdur. Bütün bunlara baxmayaraq, müğənniliyim pis alınmayacaq. Çünki gözəl səsim var. Mən indi yeni çıxan müğənnilər kimi demək istəmirəm ki, “Çəkilin, gözləyin mən gəlirəm”. Zamanla hər kəs hər şeyin şahidi olacaq. Sadəcə müqaviləmin şərtlərinə uyğun olaraq, bütün detalları açıqlaya bilmərəm ”.

 

 

Stilist sonra əlavə edib ki, əməkdar artist Elza Seyidcahana müraciət etmək istəyir: “Açığı Elza Seyidcahana müraciət edəcəm ki, mənə bir mahnı yazsın. Özü də bu mahnı çox erotik bir mahnı olmalıdır. İnanıram ki, işbirliyimiz alınacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1825
avatar

Oxşar yazılar