Müğənni Zamiq Hüseynov solo konsert verməyə hazırlaşır. Lent.az-ın məlumatına görə, müğənni sentyabrın 18-də Yaşıl Teatrda “Mən bu şəhəri sevirəm” adlı konsert proqramı ilə çıxış edəcək.
Konsert saat 21:00-da başlayacaq. Zamiqi canlı orkestr müşayiət edəcək və konsert boyu yalnız canlı ifalar nümayiş olunacaq.
Qeyd edək ki, sözügedən konsert sentyabrın 12-də, yəni müğənninin ad günündə baş tutmalı idi. Lakin müəyyən səbəblərə görə konsertin vaxtı dəyişdirilib: “Buna baxmayaraq konsert yenə də mənim ad günümə həsr olunacaq. Burada tamaşaçılar üçün bir çox sürprizlər də hazırlanıb. Açıqlamaq istəmirəm, amma ola bilsin bir neçə duet də səslənsin ”- deyə, Zamiq əlavə edib.
Konsertin prodüseri Elnur Həsənov, informasiya dəstəkçisi Lent. az-dır.