Azərbaycanlı müğənni yenidən aparıcılığa başlayır
24 iyun 2015 17:44 (UTC +04:00)

Azərbaycanlı müğənni yenidən aparıcılığa başlayır

Müğənni Roza Zərgərli jurnalistlərlə görüş keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə ifaçı gələcək planlarından danışıb: “Bu yay istirahət etməyəcəm. Bütün diqqətimi yaradıcılıq işlərimə yönəltmişəm. Bu yay Azərbaycanın on beş bölgəsində mənim konsertim olacaq. Həmin konsertlərə gələn ayın ilk həftəsindən start verəcəm. Hətta ölkəmizdən kənarda Türkiyə və Gürcüstanda da konsertlər verəcəm. Həmin konsertlərdə məni “Bakı” ansamblı müşayiət edəcək. Yaradıcılıq işlərimlə bağlı bir çox yeniliklərim də olacaq. Bundan əlavə “Baku 2015” Avropa Oyunlarına “Var ol, çempion” adlı mahnı həsr etmişəm. Həmin bəstəyə klip də çəkdirmişəm. Ekran işini bu yaxınlarda təqdim edəcəm”.

 

İfaçı bildirib ki, yenidən İTV telekanalında aparıcılıq edəcək: “Bildiyiniz kimi “Bakı vaxtı ilə” artıq bu mövsümə olan efirini başa vurub. Amma məni sevənlər narahat olmasın, gələn mövsümdən yenidən aparıcılığa başlayacam. Verilişin adı da “Bakı vaxtı ilə retro” olacaq. Düşünürəm ki, bu veriliş də tamaşaçılar tərəfindən seviləcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Yalçın UĞUR

Oxşar yazılar