Müğənni Afaq Aslan yaradıcılığında yenilik edib. Lent.az-ın məlumatına görə, ifaçı həmkarı Nurlan Təhməzlinin bəstəsi olan “Möhtacam sevginə” adlı mahnını oxuyub. Yeni bəstəni Fərahim adlı musiqiçi aranjeman edib.
Afaq mediaya açıqlamasında bildirib ki, yeni mahnı bir neçə gündən sonra radio dalğalarında səslənəcək: “ Hazırda mahnının klip çəkilişlərinə başlamaq ərəfəsindəyik. Klip hazır olandan sonra təqdimat mərasimi keçirəcəyimi də düşünürəm”.
Onu da qeyd edək ki, bu, Afaq Aslanın bəstəkar-müğənni Nurlan Təhməzli ilə ilk iş birliyi deyil.
Afaqın yeni ifasını aşağıdakı linkdə dinləyə bilərsiniz.