Azərbaycanın rok ifaçısı Ümman “Zərrə-zərrə” mahnısının klip çəkilişi üçün kameralar qarşısına keçib. Lent.az-ın məlumatına görə, ifaçı növbəti klipinin çəkilişləri zamanı göz yaşı töküb. Onu buna ekran işinin rejissoru Rəhman Əliyev "məcbur" edib. Sözləri Sahibə Rəşidə, musiqisi Valeh Əhmədə aid olan mahnının klipinin süjet xətti xəyanətdən bəhs edir.
İfaçı çəkiliş zamanı üç geyim dəyişib. Montajına bu gün başlanılan klip qısa zamanda təqdim olunacaq.