<span style="color:red;">Müğənni:  "Anam-bacım başa saldı ki, həyat yoldaşıma..."
06 mart 2015 11:05 (UTC +04:00)

Müğənni: "Anam-bacım başa saldı ki, həyat yoldaşıma..."

Azərbaycanlı müğənni Ceyhun Əliyev şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”nin “Səhər zəngi” verilişinə qonaq olan ifaçı deyib ki, onun ailə həyatının uğurlu alınmasında səbəb valideynlərinin diqqəti olub: “ Yalan danışmayacam, 20 yaşıma qədər qadına necə yanaşmaq lazım olduğunu bilmirdim. Ailə qurandan sonra anam, bacım öyrətdi. Başa saldılar ki, həyat yoldaşıma qarşı diqqətli olum. Çox sağ olsunlar. Düşünürəm ki, cəmiyyətimizdə boşanan ailələrin əsas günahkarları valideyinlərdir. Onlar övladlarına müəyyən şeyləri anlatmalı, tərbiyyə verməlidirlər. Hər zaman demişəm ki, mən atamdan, anamdan diqqət görəcəmsə, mən də ətrafımda olan xanımlara diqqət göstərəcəm”.

 

Qeyd edək ki, C.Əliyev 2013-ci il aprelin 29-da ailə həyatı qurub. Bir qızı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar