Azərbaycanlı müğənni onu atan atasını əməliyyat etdirəcək
23 fevral 2015 18:20 (UTC +04:00)

Azərbaycanlı müğənni onu atan atasını əməliyyat etdirəcək

Müğənni Fədayə Laçının atası qaraciyər serozundan əziyyət çəkir. Lent.az-ın məlumatına görə, ifaçı bu bardə “Düzünü desək” verilişində deyib. O, bildirib ki, atası onları azyaşları olarkən atmasına baxmayaraq, o valideyninə sahib çıxmağı özünə borc bilib: “Əziyyəti itirmək olmaz. Uşaq vaxtı nə istəyirdimsə, atam alırdı. Amma nənəm rəhmətə gedəndən sonra atam dəyişdi. Demək olar ki, atasız böyümüşəm. Atam kiməsə uyub, bizi atıb. Düz 38 il atasız yaşamışam. Yaxşı vaxtında sahib çıxıb, xəstə qazana bilmədiyi günündə o biri arvadı da, uşaqları da onu atıb. Mənə xəbər verdilər ki, “atan xəstədi, get, baş çək”. Bilməmişəm, 3 ildir xəstə imiş. Gedib onu tapıb, xəstəxanaya yerləşdirdim. Bu görə də məni qınayanlar da oldu. Atamın sağalması üçün lazım olan nədirsə onu edəcəm”.

 

İfaçı onu da əlavə edib ki, artıq atasının əməliyyatı üçün donor tapılıb. Əməliyyat Mərkəzi Neftçilər xəstəxanasında gerçəkləşəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar