Azərbaycanlı djlər Çina və Roşka arasında qalmaqal yaşanıb. Lent.az-a açıqlama verən dj Roşka deyib ki, həmkarı onun barəsində xoş olmayan ifadələr səsləndirib: “Eşitdim ki, həmkarım barəmdə danışıb. Onun dediyi sözlərə əhəmiyyət vermirəm. Hər zaman öz işimdəyəm. Bu da kimlərəsə qıcıq verir. Demək yaxşı çalışıram ki, nəticədə də kimlərsə barəmdə fikir söyləyirlər. Hətta məndən bir neçə il öncə sənətə gələn həmkarımın marağına səbəb olmuşam. Onun hər yerdə təqdim etdiyi “remix”lərin əsas müəllifi əslində dj Darkdır. Görünür ki, barəsində bildiyim məlumatlar onun özü haqda bildiyi informasiyalardan daha çoxdur. Əminəm ki, Çina bu açıqlamamı oxuyan zaman nədən danışdığımı başa düşəcək. O, mənim profisionallığım barədə şübhə ilə danışıb. Amma heç kim dünyaya gələndə öz peşəsinin peşəkarı olmur. İllərlə yığdığı təcrübə, onun peşəkarlığına xidmət edir. Ona qalsa mən de DJ Çinanı hələ də işinin peşəkarı kimi görmürəm. Bu da mənim fikrimdir. Qaldı ki, mənim pulsuz toya getməyimə. Burda qəbahət bir iş yoxdur. Dost-tanışımın xeyir işinə pul danışası deyiləm”.
Xatırladaq ki, dj Çina həmkarı barədə bu sözləri demişdi: “ O sadəcə dəxilsiz mahnıları remiks etdirir. Mənim remix etdiyim mahnılar isə rəsmi müqavilələr imzalanıb, dünya portallarında yer alıb və həmin mahnıları pulsuz köçürtmək olmaz. Hər mahnının qiyməti var. Dəfələrlə tədbirdə onu görmüşəm təşkilatçıdan maraqlanıb, soruşanda ki, niyə məni yox onu dəvət etmisən, cavab verib ki, o, pulsuz gəlib. Mən isə xeyirxah tədbirlərə pulsuz gedirəm, vəssalam. Toylara, tədbirlərə isə heç vaxt pulsuz getmirəm ”.
Qeyd edək ki, Dj Çina və Roşqa xeyli müddətdir küsülüdürlər.