Azərbaycanlı DJ Vugarixx ilk klipini ötən gün öz doğum günündə təqdim edib. Lent.az-ın məlumatına görə, ekran işi onunun «True Fantasy» adlı albomundan «Blue Ocean Eyes» mahnısına çəkilib. Təqdim olunan mahnı albomda instrumental versiyada olsa da, daha sonradan fotomodel Sevər Məmmədovanın səsi yazılaraq, mahnı yenidən hazırlanıb və ona klip çəkilib. Klip üzərində rejissor Fuad İsmayılov, operator işi üzrə isə Hüseyn Qəribov çalışıb. Çəkilişlər 2015-ci ilin dekabrında İsmayıllı rayonunda baş tutub.