Azərbaycanlı aşıq Namiq Fərhadoğlu yeni mahnısını təqdim edib. Lent.az-ın məlumatına görə, aşıq “Ayla” adlı bəstə haqda fikirlərini bölüşüb: “Yaradıcılığım üzərində daim çalışıram. Yeni mahnılar yazdırıb, kliplər çəkdirirəm. Düşünürəm ki, aşıq sənətini təbliğ etmək mənim borcumdur. Bu gün isə “Ayla” adlı yeni mahnımı dinləyicilərin ixtiyarına verdim. Bu mahnını Aylanın timsalında bütün balalara həsr edirəm. İnanıram ki, mahnı sevənlərim tərəfindən bəyəniləcək”
Qeyd edək ki, mahnının söz və musiqisi Alim Gəncəliyə, aranjimanı Ruslan Səfəroğluya məxsusdur.