“Baku 2015”ə həsr olunmuş uşaq moda müsabiqəsi keçirilib
12 iyun 2015 15:58 (UTC +04:00)

“Baku 2015”ə həsr olunmuş uşaq moda müsabiqəsi keçirilib

Paytaxtımızda “Baku 2015” Avropa Oyunlarına həsr olunmuş uşaq moda müsabiqəsi keçirilib. Lent.az-ın məlumatına görə, müsabiqədə gənc modelyerlər Avropa oyunlarına həsr olunmuş maraqlı geyimlər təqdim ediblər.

 

Tədbirin təşkilatçısı Münəvvər Vaqifin sözlərinə görə, müsabiqədə geyimləri 11 yaşından 5 yaşınadək olan uşaqlar nümayiş etdirib. Müsabiqədə təxminən 40 modelyerin işləri nümayiş olunub.

 

Qeyd edək ki, münsiflər heyətində teleaparıcı Hacı Nuran, dizaynerlərdən Zümrüd Mirzəliyev, Günel Behbudova, Samirə Zeynalova və başqaları olub. Sonda münsiflər heyətinin səsvermə nəticəsində dizaynerlər Nərminə Hümbətov və Gülnar Ağayeva birinci yerləri tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar