Azərbaycanda müğənninin avtomobili əlindən alındı
17 iyun 2014 13:47 (UTC +04:00)

Azərbaycanda müğənninin avtomobili əlindən alındı

Yol polisi müğənni Elnarə Xəlilovanın avtomobilini yol verdiyi qanun pozuntusuna görə cərimə meydanına aparıb. Lent.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, müğənni “Jeep Wrangler” markalı avtomobilin dövlət nömrə nişanı yerinə kustar üsulla hazırlanmış, üzərində “ELNARƏ” yazılmış lövhə yapışdırdığı üçün saxlanılıb.
 

Paytaxtda quraşdırılmış müşahidə kameralarına müğənninin “ELNARƏ” yazılı lövhə ilə idarə etdiyi avtomobillə Əzizbəyov heykəli yaxınlığında hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu, daha sonra müşahidə kameralarına əl edərək “salam” göndərdiyi görünür. Lakin bir neçə dəqiqədən sonra müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın “Azneft” meydanında saxlanılır. Polis tərəfindən faktla bağlı fotomaterial hazırlanır və yol verilmiş qanun pozuntusuna görə sürücü barəsində inzibati protokol tərtib edilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, görüntülərdəki 2013-cü il modelli “Jeep Wrangler” markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil 2 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

 

Avtomobil Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır və hazırda İdarənin mühafizə olunan dayanacağında saxlanılır.

# 4122
avatar

Oxşar yazılar