ANS telekanalının “Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyevanın gələn ay toyu olacaq. Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, ’Türkiyə vətəndaşı ilə ailə quracaq aparıcının həm ölkəmizdə, həm də Türkiyədə toy mərasimi təşkil olunacaq.
İrəm Nəbiyevanın dediyinə görə, iyulda keçiriləcək toy isə öz qeyri-adiliyi ilə seçiləcək. Azərbaycan toylarından fərqli olaraq İrəm Nəbiyevanın toy mərasimi restoranda deyil, dəniz kənarında, qumsalda təşkil olunacaq. Hələ bu da son deyil. Toyda bütün dəvətlilərə dilək tutub havaya buraxmaq üçün şam paraşütləri paylanılacaq.
Toy Ramazan ayına düşdüyü üçün hər kəs orucunu açıb, bu şamları yandırıb havaya uçurdub dilək diləyəcək.