Ötən gün ekstrasens və parapsixoloq Həsən Həsrətlinin nişanı olub. Lent.az-ın məlumatına görə, ekstrasens adını açıqlamadığı hicablı xanımla ailə qurmağa hazırlaşır. Həsənin nişan mərasimində onun 7 illik dostu, müğənni Ayan Babakişiyeva da iştirak edib. Ekstrasens toyunun nə vaxt olacağını isə hələlik mediadan gizli saxlayır.
A.Babakişiyeva da dostunu təbrik edib: “Canım dostum, xoşbəxt ol”.
Xatırladaq ki, ekstrasens H.Hasratlı peşəsinin ilahi vergi olduğunu deyib. O, insanlara psixoloji yardımdan savayı, bədənlərində olan cini çıxartma məharətinə malik olduğunu iddia edir.
Qeyd edək ki, ekstrasens H.Hasratlinin qəbulunda şou-biznesin bir çox tanınmış xanım və bəy sənətçiləri olub.