Mayda İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin seçilməsi üçün milli seçim turunun ilk efiri keçirilib.
Lent.az-ın məlumatına görə, bu gündən İctimai Televiziyanın canlı efirində Azərbaycanı təmsil etmək uğurunda iştirakçıların mübarizəsinin ilk efir günü başa çatıb.
İlk həftədə 9 iştirakçı-“New skin” qrupu, Cahangir Qasımzadə, Mədinə Muradxanova, Vüqar Muradov, Anna Zemçenko, Nigar Əlizadə, Elgiz Məmmədov, Rinat Alimov və Tomris Naibli səhnəyə çıxaraq “Eurovision” hitlərini ifa edib, öz performanslarını göstəriblər.
Milli Seçim turu ilk gününün səsverməsi belə olub:
1. Mədinə Muradxanova -67 səs
2. Anna Zemçenko -17 səs
3. Cahangir Qasımzadə 94 səs
4. “New skin” – 6 səs
5.Nigar Əlizadə 3 səs
6. Vüqar Muradov
7 Elqız Məmmədov 0
8.Rinat Alimov 0 səs
9. Tomris Naibli 0 səs
Qeyd edək ki, iştirakçıların mübarizəsi 8 həftə davam edəcək. Qalib şəxs həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə seçiləcək.