Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “ADDIM” Yaradıcı Gənclər Assosiasiyası"nın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Modern Art Academy” adlı beynəlxalq layihəyə həyata keçirilib. Lent.az-ın məlumatına görə, noyabrın 9 - 13-də gənclərimiz ödənişsiz olaraq model sənəti, Dj, fotoqrafiya, vokal sənəti üzrə peşəkarlardan ustad dərsləri alıblar.
Layihə çərçivəsində Azərbaycandan xalq artisti Brilliant Dadaşova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, fotoqraf Vüqar İbadov, Dj Fərid Əliyev xarici qonaqlardan isə Daro Sulikiari (A.B.Ş), Kaan Gökhman (Türkiyə), İva Lomid (Hollandiya), İrina Çaxunashvili (Gürcüstan),Evgeniya Mamedova( Rusiya) gənclərimizə təcrübələrini bölüşüblər. Dünən isə layihənin təntənəli bağlanış və diplomların təqdimolunma mərasimi gerçəkləşib. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Hüseyn Cavadzadə açıb. O, layihənin səmərəliliyindən danışıb. Daha sonra söz təsisçilər Ülkər Qasımovaya və Eldar Qasımova verilib.
Tədbirin aparıcısı Ramal Hüseynov efirdə məhz bu gəncləri proqramlarda qonaq görmək istədiyini deyib. Sonda layihədə iştirak edən gənclər diplomlarla təltif olunublar.