Teleaparıcılar Vüsalə və Azərin boşanması sosial şəbəkədə müzakirələrə səbəb olub. Lent.az-ın məlumatına görə, bütün bunlar Azəri qəzəbləndirib. O, da öz növbəsində Facebook səhifəsində bu statusu yazıb: “Bütün insanlara rica və xəbərdarlıq edirəm ki, bu gündən sonra mənim xanımım haqqında artıq-əskik yazmasın. Əks halda, hər birinizin cavabı veriləcək. Hər kəs öz işi ilə məşğul olsun. Heç kəs digər insanın işinə qarışmasın”.
Qeyd edək ki, Azər bundan öncəki açıqlamasında boşanma xəbərini müzakirə edərkən bu sözləri demişdi: “Saytlara daxil olub, özüm haqqımda cəfəngiyat və böhtanları oxuyanda danışmağa məcbur oldum. Bütün bunlara son qoymaq üçün sonuncu dəfə açıqlama verirəm. İlk gündən böyüklərimin razılığı olmadan ailə həyatı qurdum. İndi də başa düşdüm ki, ailəm haqlıymış. O, xanımla evlənməklə həyatımın böyük səhvini etdim. Qazandığım isə gül balam oldu. Bundan sonra da pis və yaxşı gündə qızım Diləyin yanında olacam. O xanımın da yolu açıq olsun!”.