Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova ötən gün 52 yaşında infarktdan dünyasını dəyişən “A Studio” qrupunun solisti Batırxan Şukenovun xatirəsinə layihə təqdim edəcək. Lent.az-a açıqlama verən gənc ifaçı bildirib ki, uşaqlıqdan “A Studio” qrupunun heyranıdır:
“Mən hər zaman “A Stduio” qrupuna pərəstiş etmişəm. Bu qrupa sevgim qrupun rəhbəri Batırxan Şukenovun istedadının sayəsində yaranıb. Bu cür dahi musiqiçinin hazırda aramızda olmamağına inanmaq çox çətindir. Onun yaradıcılığı tam bir musiqi epoxasıdır. Belə insanlar dünyadan köçəndə anlayırsan ki, insan üçün əsas can sağlıqdır. Amma onun mahnıları, səsi və musiqisi əbədi yaşayacaq. Xoşbəxtlikdən xaricdə istirahət edərkən o cür dahi musiqiçi ilə tanışlıq mənə qismət olub. Biz onunla otel liftində görüşdük və bir neçə dəqiqə ünsiyyət mənə kifayət etdi ki, onun nə qədər işıqlı insan olduğunu dərk edim. Daha sonra mən onun canlı konsertini də izlədim. Onun səsində və musiqilərində ürək var. Bu, çox vacibdir. Mən onun repertuarından bir mahnını ifa edəcəyəm. Həmin mahnını özünəməxsus şəkildə, onu gördüyüm, hiss etdiyim kimi ifa edəcəyəm. Artıq aranjeman işləri gedir. Bəlkə də, həmin mahnıya klip də çəkdirdim”