Bir neçə gün öncə qızına ad günü keçirən müğənni Ayan Babakişiyeva bu dəfə anasının doğum gününü qeyd edəcək.
Lent.az-a açıqlama verən ifaçı bildirib ki, anasına sürpriz hədiyyə də alıb: “Bu həyatda ən dəyərli varlığım anamdır. Bu gün 50 yaşı tamam olur. Anam bu həyatda mənim dostum, rəfiqəm, bacım və ən əsası da qürur duyduğum insandır. Allah ömür versin. Bütün səhvlərimlə məni qəbul edən insan, nəfəsim... Sənsiz bir günümüz olmasın. 50 yaşın mübarək. Yüz yaşa canım anam".
Müğənni anama aldığı hədiyyənin nədən ibarət olduğunu isə açıqlamaq istəməyib.