Arıqlamaq istəyən qadınlar bezdirici olur?
27 iyun 2014 06:33 (UTC +04:00)

Arıqlamaq istəyən qadınlar bezdirici olur?

Ciddi pəhriz rejimi yalnız qadınların fiqurasını dəyişmir, o, həm də yaxınlar və dostlarla münasibəti də pozur.

 

Lent.az-ın “Rosbalt»-a istinadən məlumatına görə, Britaniya şirkəti pəhriz saxlayan 200 min qadın arasında sorğu keçirib. Məlum olub ki, rəyi soruşulanların 80 faizi pəhriz saxlayanlarla yemək haqqında danışmaqdan bezirlər.

 

Belə xanımların ən çox sevdiyi mövzu bunlardır: bu gün nə hazırlayıblar, bütün günü nə yeyiblər, nə qədər kalori istehlak ediblər, təmiz və təmiz olmayan ərzaqlar, yağlı yeməklər, şəkər məhsulları.

 

İnsanların çoxuna pəhrizlə bağlı məsələdən danışmaq maraqsızdır, ona görə də belələri həmin qadınlarla ünsiyyətdən qaçır, onları qonaq çağırmırlar.

 

Psixoloq Co Hemminqz pəhriz saxlayan xanımlara yeməkdən danışmamağı, ətrafdakılara maraqlı olmaq üçün idmanla məşğul olmağı, yeni peşəyə yiyələnməyi, yeni dostlar tapmağı məsləhət görür.

 

# 972
avatar

Oxşar yazılar