Azad Azərbaycan telekanalının (ATV) aparıcısı Nanə Ağamalıyeva qəzəblənib. Lent.az-ın məlumatına görə, aparıcı “İnstagram” səhifəsində Qurandan sitat gətirirərək, falçı yanına gedən insanlardan danışıb: “Bütün günü falçıların qapısında oturub, onun bunun evini yıxmaqla məşğul olanlar, onun bunun malına, çörəyinə göz dikənlərə bu dualar qorusun. Amin! Mənim 5 yaşım olanda bu duaları babam öyrədib mənə. Allah ona rəhmət eləsin. Özünüzü ideal göstərib onun bunun qeybətini qırıb, çox lovğalanmayın. Bu gün əlil arabasında gördüyünüz hər bir insan zamanında sizin kimi iki ayağı üstə olub. Bir saniyə sonra nə olacağını bilə bilmərik. Onun bunun qeyrətini müzakirə edib, kişilikdən dəm vuranlar, xəstə, çarəsiz hormonal pozğunluğu olan insanlara söz atanlar özünüzü nə zənn edirsiniz? Allah yaradıb, Allah. Allahdan çox bilirsiniz? Bəsdir. Paxıllıq evinizi yıxıb. Xəbəriniz yoxdur. Çox öyünməyin. Çünki nəfəs almağınızın zəmanəti Allahın əlindədir”.
Qeyd edək ki, aparıcı bu sözləri söyləyərkən konkret kiminsə adını çəkməyib. Yaxın vaxtlarda yəqin ki, söz gedən məsələ ilə bağlı mətbuatda aydınlıq gətirilər.