8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi “İlin işgüzar xanımı” mükafatını təqdim edib.
Lent.az-ın məlumatına görə, tədbirin təşkilatçısı uzun illərdir bu cür layihələri həyata keçirən Sədaqət Rəşidqızı olub. Mərasimdə 50-ə yaxın xanım mükafata layiq görülüb. Onların sırasında millət vəkilləri Jalə Əliyeva, Kamilə Əliyeva, Leyla Abdullayeva, Milli məclisin rəsmi jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, Yeni Azərbaycan Partiyasının ictimaiyyətlə əlaqələndiricisi Xatirə Əliyeva, ZNK şirkətinin təsisçisi Nərminə Şükürova, “RUN” qrupunun təsisçisi İradə Talışxanova, Azərbaycan Tədris Akademiyasının təlimçisi İlhamə Novruzova, ATV-nin aparıcısı Mətanət Əliverdiyeva, Lider TV-də layihə rəhbəri və aparıcı Lamiyə Ələkbərova, TRT-nin aparıcılarından olan Arzu Ümid, APA TV-də redaktor olan jurnalist Türkan Məmmədli, 106 FM radio dalğasının rəhbəri Nurlana Cəfərova, modelyer Şəlalə Mahsudova, “Buta” uşaq başcasının müdiri Günay Ağamalı və digər xanımlar var.
Mərasimi idarə edən iki xanım aparıcı Sədaqət Rəşidqızı və Lətafət Ələkbərova oldu.
Gecədə həmçinin tanınmış estrada müğənniləri də çıxış edib. Mərasimin sonunda lotereya keçirilib və mükafat alan xanımlar müxtəlif hədiyyələr qazanıblar.