ANS -in aparıcısının toyu dəniz kənarında olmayacaq
22 iyun 2013 12:11 (UTC +04:00)

ANS -in aparıcısının toyu dəniz kənarında olmayacaq

ANS telekanalındakı “Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyeva toyu barəsində mediada yayımlanan xəbərlərə aydınlıq gətirib. Lent. az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, teleaparıcı toyun həqiqətən də iyulun 17-də baş tutacağını bildirib.

 

Lakin xəbərdə yanlışlıq olduğundan teleaparıcı açıqlama verməyi zəruri sayıb. İrəmin əsas açıqlamaq istədiyi məqam toyun restoranda deyil, dəniz kənarında, qumsalda təşkil ediləcəyi barədə yazılanlardır: “Dəniz kənarında” ifadəsi müxtəlif xoşagəlməz söz-söhbətə səbəb olub. Əslində isə məclis dəniz kənarında deyil, dənizə yaxın otellərin birinin həyətində, açıq havada keçiriləcək”.

 

Teleaparıcı onu da qeyd edib ki, toydan sonra teleməkandakı işi öz axarı ilə davam edəcək. Gələcək əcnəbi həyat yoldaşı işi ilə bağlı müəyyən bir zamana kimi Türkiyəyə, öz vətəninə gedib gəlsə də, əsas yaşayış yerləri Azərbaycan olacaq.

 

Qeyd edək ki, toyda spirtli içki olmayacaq. Toy Ramazan ayına təsadüf etdiyindən  qonaqlara iftar veriləcək və Ramazana zidd olmayan qaydalara uyğun keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3355
avatar

Oxşar yazılar