Seksual aktrisa Ancelina Coli döyməni sevən məşhurlardandır. Onları mənaları isə aktrisa üçün böyük əhəmiyyət daşıyır.
Axşam.az Colinin bədənindəki döymələri və anlamlarını təqdim edir:
1. “Know Your Right” – “Həddini (hüququnu) bil”.
2. Buddist Pali yazısı – övladlığa götürdüyü Kambocalı Meddoksu pisliklərdən qoruyan duadır.
3. Coğrafi koordinatlar – övladlığa götürdüyü uşaqların doğulduğu yerlərin koordinatlarıdır.
K11° 33′ 00″ D104° 51′ 00″ - Kambocada doğulan Meddoks.
K09° 02′ 00″ D038° 45′ 00″ - Efiopiyada doğulan Zahara.
G22° 40′ 26″ D014° 31′ 40″ - Namibiyada doğulan Şilo.
K10° 46′ 00″ D106° 41′ 40″ - Vyetnamda doğulan Paks.
K43° 41′ 21″ D07° 14′ 28″ - Monakoda doğulan əkizlər Noks və Vivien.
4. Qərarlılıq - ərəbcə yazılmış bu söz iradə, yaxud qərarlılıq deməkdir.
5. XII V MCMXL – Rum rəqəmi ilə 13 deməkdir. 13 rəqəmi ilə bağlı miflərə inanmadığı göstərmək üçün bu döyməni vurdurub.
6. “H” – bəziləri Timoti Hutton, digərləri qardaşı Ceyms Havenin şərəfinə bunu yazdırdığını iddia edir. – “Qəfəsdə tutulan çılğın ürəklilər üçün dua” mənasını verən Tennessi Uilyamsın məşhur sözlərini anasına təşəkkür üçün yazdırıb.
8. Xaç və “Quod me nutrit me destruit” – xaçı tamamilə simvolik adlandırır, digər cümlə isə “məni bəsləyən şey məni yox edir” mənasını verir.
9. Benqal pələngi – güc rəmzidir. Bədənindəki ən böyük tatudur.
10. Billy Bob – keçmiş əri Billi Bobun adını bir əjdaha şəkli ilə bədəninə həkk etdirib. Ancaq boşandıqdan sonra onun adını lazerlə sildirib.
11. Yaponca “Ölüm” – bu, aktrisanın ilk döyməsi olub. Daha sonra onun üzərinə Khmer duası yazdırıb.
12. Əjdaha – Amsterdamda sərxoşkən etdirdiyi deyilir. Bunu da sildirib əvəzinə döymə etdirib.
Ancelina Colinin döymələrinin mənası
353